Türkiyənin Bodrum şəhərinin sahil zonasında zəlzələ baş verib.
Olaylar.az bildirir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
4,1 bal gücündə zəlzələ Muğla əyalətinin Bodrum rayonundan 3,43 kilometr aralıqda və 11,91 kilometr dərinlikdə saat 19:18-də baş verib. Qeyd olunub ki, yeraltı təkanlar şəhərin bütün ərazisində hiss olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31