Daha üç dövlət vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

ABŞ və Kanadanın ardınca daha üç ölkə - Yaponiya, Cənubi Koreya və Niderland öz vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırıb.

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyi Ukrayna ərazisində olmanın təhlükəsi həddini maksimum (dördüncü) səviyyəyə qaldırıb. Və öz vətəndaşlarını dərhal ölkədən çıxmağa, ora səfər etməməyə çağırıb.
Yaponiya həmçinin bəyan edib ki, Ukrayna ilə aralarında kommersiya uçuşlarının dayandırılması da istisna edilmir.
Oxşar qərar Cənubi Koreya və Niderlandın hakimiyyət orqanları tərəfindən qəbul edilib.

Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukraynadakı diplomatik missiyasının bir sıra əməkdaşlarına bir müddət ölkəni tərk etməyi tövsiyə etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31