Daha bir ölkə vətəndaşlarını Ukraynadan çıxarır

Cənubi Koreya öz vətəndaşlarına Ukraynaya səfər etməməklə bağlı xəbərdarlıq edib.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi (XİN) Ukraynada olan vətəndaşlara təcili olaraq başqa təhlükəsiz yerə getmələrini bildirib.

"Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar fevralın 13-dən ölkənin bütün ərazisinə səyahət qadağası ilə bağlı dördüncü dərəcəli xəbərdarlığın tətbiqi qərara alınıb", - XİN-nin məlumatında deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31