Etna dağı bu il ilk dəfə lava püskürür

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna bu il ilk dəfə kül və lava püskürdü.

Bu ilin ilk vulkanik fəaliyyəti Siciliya adasındakı hündürlüyü 3000-ə yaxın olan Etna dağında bir neçə aylıq fasilədən sonra müşahidə edilib.

İtaliya mətbuatında yer alan xəbərə görə,fevralın 10-da axşam saatlarında başlayan və gecə saatlarına qədər davam edən vulkan aktivliyi vulkanın aktiv cənub-şərq kraterində baş verib.

Bildirilib ki, güclü püskürmələr nəticəsində vulkanın atdığı kül təxminən 10 min metr hündürlüyə çatıb, adanın müxtəlif nöqtələrindən cənub-şərq kraterindən müxtəlif istiqamətlərdə bir neçə yüz metr uzunluğunda lava axını müşahidə olunub.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) də vulkandan püskürən kül səbəbiylə ada ətrafında uçuşlar üçün qırmızı kod xəbərdarlığı edib. Bununla belə, vulkana ən yaxın hava limanı olan Kataniyadakı Fontanarossa beynəlxalq hava limanında uçuşların davam etdiyi qeyd edilib.

Keçən il Etnada kül və lava püskürmələri ilə 50-dən çox vulkanik fəaliyyət qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31