Peruda avtobus dərəyə aşıb, 22 nəfər ölüb

Perunun Pataz vilayətində avtobus dərəyə aşıb.
Olaylar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Hadisə nəticəsində 22 nəfər ölüb, 33 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Qəzaya səbəb kimi yolun palçıqlı və kələ-kötür olması göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31