Avropa Birliyindən Afrikaya 172 milyard dollarlıq investisiya paketi
11 Fevral 2022 13:17 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Leyen, 17-18 fevral tarixlərində Belçikanın paytaxtı Brüsseldə keçiriləcək AB-Afrika Sammitindən əvvəl Seneqalın paytaxtı Dakarda rəsmi səfərdə olub.
Prezident sarayında Seneqal prezidenti Macky Sall ilə ortaq mətbuat konfransı keçirən Leyen, AB Qlobal Gateway təşəbbüsü çərçivəsində Afrika-Avropa proqramı üçün 172 milyard dollarlıq investisiya paketinin müjdəsini verib.
Leyen izah etdi ki, proqram Aİ Qlobal Gateway təşəbbüsünə daxil olan ilk regional plandır.
Brüsseldə keçiriləcək sammitdə ən mühüm mövzunun investisiyalar olacağını vurğulayan Leyen, Avropanın bu mövzuda Afrikanın ən etibarlı tərəfdaşı olduğunu bildirib.
Eyni zamanda Afrika Birliyinin prezidenti olan Sall investisiya paketindən məmnunluğunu ifadə edərək, Afrika və Avropanın birlikdə çalışması lazım olduğunu bildirib.
İki qitənin sülh və sabitliyinin birbaşa bağlı olduğunu qeyd edən Sall, Afrikanın insan və təbii ehtiyatları və inkişaf ehtiyaclarının Avropaya ortaq inkişaf və investisiya imkanları təqdim etdiyini vurğulayıb.
Çinin "Bir kəmər və yol" təşəbbüsünə alternativ olaraq yaradılan Qlobal Gateway planına əsasən, Aİ 2027-ci ilə qədər inkişaf etməkdə olan ölkələrin infrastruktur investisiyalarına 300 milyard avro verəcək. Bu resurs rəqəmsal transformasiya, telekommunikasiya, nəqliyyat, enerji və səhiyyə kimi sahələrə yönəldiləcək. Aİ bu sahələrə sərmayə qoyuluşu üçün əlverişli şərtli maliyyə təmin edəcək.
İnvestisiyaları almaq üçün qanunun aliliyi, ətraf mühit, demokratiya, insan hüquqları kimi müxtəlif sahələrdə standartlara uyğunluq tələb olunacaq.
Sözügedən strategiyanın maliyyələşdirilməsinin təqribən 135 milyard avrosu Aİ-nin davamlı inkişaf fondlarından, 18 milyard avrosu Aİ büdcəsindən və 145 milyard avrosu Avropanın müxtəlif maliyyə və inkişaf institutlarından gələcək.