İstanbul Hava Limanı ikinci dəfə “İlin Hava Limanı” mükafatına layiq görülüb

İstanbul Hava Limanı dünya aviasiya sənayesinin nüfuzlu nəşrləri arasında nümayiş etdirilən "Air Transport Awards"-da 2021-ci ildən sonra bu il də "İlin Hava Limanı" seçilərək böyük uğura imza atıb.
Olaylar.az xəbər verir ki, dünyanın ən yaxşı hava limanlarından biri olan İstanbul Hava Limanı, nüfuzlu qurumlar tərəfindən ardıcıl olaraq mükafatlara layiq görülmüş və "Air Transport Awards" mükafatlarında əvvəlki il olduğu kimi 2022-ci ildə də "İlin Hava Limanı" seçilmişdir. 

Aviasiya sənayesinin 14 müxtəlif kateqoriyasını qiymətləndirən və mükafatlandıran aviasiya orqanlarının rəyi ilə keçirilən səsvermədə 4000-dən çox oxucu və aviasiya sənayesinin aparıcı rəhbər işçiləri iştirak edib və qaliblər səsvermə yolu ilə müəyyən edilib. 

Ötən illərdə müsabiqənin qalibləri arasında Sinqapurun Çanqi, Dubay, Lissabon və Doha hava limanları da var. İstanbul Hava Limanı Sinqapur Çanqi Hava Limanından sonra ardıcıl olaraq müsabiqədə qalib gələn ikinci hava limanıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31