Bu ölkə yalan məlumatlara görə 60-dan çox sosial media hesabını bağlayıb
11 Fevral 2022 11:55 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, son iki ay ərzində Hindistan hökuməti Pakistandan məzmun yayımladığı və yalan məlumat yaydığı üçün 60-dan çox YouTube videohostinqi, Twitter, Facebook və Instagram sosial media hesablarını bağlayıb.
Bu barədə "The Times of India " İnformasiya və Yayım Nazirliyinə istinadən məlumat yayıb.
"Dekabr-yanvar aylarında YouTube, Twitter, Facebook və Instagram-da 60-dan çox hesab etibarsız xəbərlər yaydığına və antimilli materiallar dərc etdiyinə görə bloklanıb. O bildirib ki, bloklanan YouTube kanallarından bəziləri Pakistan tərəfindən maliyyələşdirilib"- məlumatda deyilir.
Qəzetin qeyd etdiyi kimi, sosial şəbəkələrdəki hesabları bloklamaq üçün Hindistan hakimiyyəti ilk dəfə olaraq informasiya texnologiyaları sahəsi və rəqəmsal medianın işi ilə bağlı 2021-ci ildə qəbul edilmiş yeni qanunla onlara verilən fövqəladə səlahiyyətlərdən istifadə edib. Qanunda belə media üçün etik standartların siyahısı var.
Amerikanın "Google" şirkətinə məxsus "YouTube"un administrasiyası "informasiyanın sərbəst yayılması və ona maneəsiz çıxış üçün yaratdığı çətinliklər" barədə rəy bildirərək, bu qanunun müddəalarına əməl edəcəyinə söz verib.