Argentinada meşə yanğını: 335 min hektar ərazi yandı

Argentinanın Korrientes əyalətində davam edən meşə yanğını 335 min hektar ərazini külə çevirib.
Olaylar.az xəbər verir ki, Argentinanın şimal-şərqində yerləşən Korrientes əyalətində meşə yanğınları həftələrdir davam edir. Səlahiyyətlilərin verdiyi açıqlamalara görə, yanğın səbəbiylə indiyə qədər 335 min hektar ərazi yanaraq kül olub. 

"Bizə ən çox ziyan vuran 300.000 hektardan çox ərazinin yanmasıdır. Vəziyyət çox kritikdir" - Korrientes qubernatoru Qustavo Valdes verdiyi açıqlamada bildirib, 

Əyalət hökumətinə və Argentinanın Ətraf Mühit Nazirliyinə bağlı qruplar tərəfindən alovla mübarizə üçün aparılan işlər davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31