Estoniya Ukraynaya 351,7 min avro məbləğində humanitar yardım göndərəcək

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,  Estoniya Xarici İşlər Nazirliyi Ukraynaya 351 700 avro məbləğində humanitar yardım göndərəcək.

Bu barədə fevralın 11-də departamentin rəhbəri Eva-Mariya Liimets məlumat verib.

"Münaqişə beş milyona yaxın insanın həyatına təsir edib, onlardan üç milyondan çoxunun humanitar yardıma ehtiyacı var", - deyə XİN-in mətbuat xidmətindən sitat gətirib: "Bir çox sakinlər üçün problem kifayət qədər təminat olmamasıdır. Uzun müddətdir daimi təhlükə vəziyyətində olan insanların da emosional dəstəyə ehtiyacı var. Bu problemlər hazırkı çətin təhlükəsizlik şəraitində daha da dərinləşir, ona görə də biz Ukraynaya dəstək vermək qərarına gəldik"

Məlumatda qeyd edildiyi kimi, şərq sərhədinə yaxın yaşayan ev təsərrüfatlarına və qocalara əlavə yardım kimi 190 min avro ayrılacaq. Bu yardımdan odun, eləcə də ilkin tələbat malları, isti yorğan və geyim, tibbi və psixososial dəstək almaq üçün istifadə oluna bilər.

Həmçinin, Xarici İşlər Nazirliyi xilasetmə xidməti ilə birlikdə fevral ayı ərzində Ukraynanın sərhəd mühafizə xidmətinə 161,7 min avro dəyərində avadanlıq təhvil verəcək.Yükə altı çadır, yataq kisələri, çarpayılar, qızdırıcılar, dizel generatorları və müvəqqəti təminat üçün ləvazimatlar daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31