ABŞ vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı: "Mövcud olan bütün nəqliyyat vasitələri ilə çıxın!"
11 Fevral 2022 09:02 Dünya"Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bildirib ki, Amerika vətəndaşları mövcud olan bütün nəqliyyat vasitələri ilə Ukraynanı tərk etməlidirlər".
"RİA Novisti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
"ABŞ vətəndaşları Ukraynaya səyahət etməməlidir. Ukraynada olanlar mövcud olan bütün nəqliyyat vasitələri ilə oranı tərk etməlidir", - deyə bəyanatda qeyd olunur.
Dövlət Departamenti xəbərdarlıq edib ki, ABŞ hakimiyyəti hər an başlaya biləcək hərbi əməliyyatlar zamanı öz vətəndaşlarını Ukraynadan çıxara bilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31