Afrika pandemiyanın kəskin fazasını geridə qoyur - Ümumdünya Səhiyyə Təşkilatı

Afrika ölkələri koronavirus pandemiyasının kəskin fazasını geridə qoyurlar və hazırda pandemiyaya nəzarət mərhələsinə keçirlər.

Olaylar.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika Nümayəndəliyinin rəhbəri Matşidiso Moeti deyib.

"COVID-19 hələ uzun müddətdə qitədə müşahidə ediləcək, lakin tunelin sonunda artıq işıq görünür. Bu il biz pandemiyanın kəskin fazasına son qoya və vəziyyətə nəzarəti bərpa edə bilərik. Afrika pandemiyadan COVID-19-un mövcud vasitələrlə idarə olunacağı bir vəziyyətə keçir", - deyə M.Moeti bildirib.

Qeyd edək ki, ÜST-nin məlumatların əsasən, hazırkı dövrədək Afrikada koronavirusa 11 milyondan artıq yoluxma qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31