ABŞ-dan Putinin Ukrayna barədə “döz, gözəlim” atmacasına - SƏRT REAKSİYA
10 Fevral 2022 22:19 DünyaAğ Ev Rusiya prezidenti Vladimir Putinin "döz, gözəlim" ifadəsinə kəskin reaksiya verib.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, Putin bu fikri Ukrayna hökumətinin Minsk razılaşmalarının şərtlərinə əməl etmək istəməməsindən danışarkən səsləndirmişdi.
Jurnalistlər Ağ Evin mətbuat katibi Cen Psakidən Putinin Ukraynaya ünvanladığı zarafatı ABŞ-ın necə qəbul etdiyini və bunun gələcəkdə ölkələr arasında diplomatik dialoqa hansısa şəkildə təsir edib- etməyəcəyini soruşublar.
Psaki bildirib ki, Putin və Rusiya hökumətinin nümayəndələri açıq şəkildə yalan danışanda ABŞ heç vaxt susmur: "Təcavüzlə bağlı istənilən zarafat hökumətdəki hər kəsi qəzəbləndirəcək. Fərqi yoxdur bunu kim deyir - istər ABŞ rəsmisi, istərsə də əcnəbi. Biz prezident Putinin və Rusiya hökumət nümayəndələrinin ağızlarından çıxan bəzi yalan bəyanatlar, eləcə də səsləndirdikləri davakar ritorika ilə bağlı narahatlığımızı heç vaxt gizlətməmişik".
Psaki Vaşinqtonun bununla bağlı Kremlə müraciət edib-etmədiyini dəqiqləşdirmədiyini deyib.
Xatırladaq ki, fevralın 7-də Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı zamanı Putin Minsk Razılaşması ilə bağlı danışarkən "İstəsən də, istəməsən də, döz, gözəlim" fikrini səsləndirib. Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski Putinin bu ifadəsinə cavab verərək deyib ki, Ukrayna həqiqətən də gözəldir, lakin Rusiya prezidentinin "mənim" sözü artıqdır.