“Qazaxıstan və Rusiya Allah qisməti olan qonşulardır” – Kasım-Jomart Tokayev

"Qazaxıstan və Rusiya Allahın nəsib etdiyi qonşulardır. Biz dünyada ən uzun sərhədə sahibik və ölkələrimiz arasında dostluqdan, əməkdaşlıqdan başqa münasibət ola bilməz".

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tokayev qeyd edib ki, səfər zamanı o, Qazaxıstanın strateji maraqlarına toxunan bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar: "Vacib sazişlər imzalanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31