ABŞ dövlət katibi Entoni Blinkenlə fransalı nazir Qarabağı müzakirə etdilər
10 Fevral 2022 20:58 DünyaABŞ dövlət katibi Entoni Blinkenlə Fransanın xarici işlər naziri Jan-İv Le Drianın telefon danışığı olub.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər telefon danışığında Qarabağ məsələsini müzakirə ediblər.
"Onlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsindən irəli gələn və ya onunla bağlı məsələlərin həllində Ermənistan və Azərbaycana kömək etmək üzrə davam edən səylərini müzakirə ediblər", - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31