Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan sağaldı

Koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sağalıb.

Olaylar.az xəbər verir ki, bu barədə həkim, professor Serkan Topaloğlu Ərdoğanın durumu ilə bağlı açıqlama verərkən bildirib.

O qeyd edib ki, son iki gündə edilən PCR testləri mənfi çıxıb: "Düşünürəm ki, prezidentimiz yaxında, hətta sabah da ənənəvi proqramına qayıdacaq".

Qeyd edək ki, fevralın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31