Yeni Zelandiyada 120 nəfər saxlanılıb - etiraz etdiklərinə görə
10 Fevral 2022 16:13 DünyaYeni Zelandiyanın paytaxtı Vellinqtonda parlament binası qarşısında peyvənd və maskaların zəruriliyinə etiraz edən 120 nümayişçi saxlanılıb.
Olaylar.az xarici mətbuata istinadən bildirir ki, Yeni Zelandiyanın paytaxtı Vellinqtonda maşınları ilə parlamentin qarşısına gələn və çadırlarla düşərgə salan peyvənd və maska əleyhinə etirazçıların nümayişləri üçüncü gün də davam edir.
Parlamentin spikeri Trevor Mallard etirazçıların əraziyə icazəsiz girdiyini dedikdən sonra polis müdaxilə edib. Ölkənin digər bölgələrindən 100-dən çox polis məmuru paytaxta çağırılaraq parlamentin qarşısında barrikadaya alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31