Bu ölkə Fransadan 42 ədəd Rafale qırıcısı aldı

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa İndoneziya ilə 42 ədəd Rafale döyüş təyyarəsinin satışına dair müqavilə imzalayıb.

Fransa Müdafiə Naziri Florence Parly, iki ölkə arasında imzalanan müqaviləyə dair Twitter hesabında, "İndi rəsmi İndoneziya 42 Rafale döyüş təyyarəsi sifariş etdi"- deyə yazıb..

İndoneziyanın paytaxtı Cakartada keçirilən mərasimdə Rafale döyüş təyyarələrinin istehsalçısı Fransız Dassault Aviation şirkətindən verilən açıqlamaya görə, İndoneziyanın müdafiə naziri Prabowo Subianto, Dassault sədri Erik Trappier və general-mayor Yusuf Jauhari çıxış edib. İndoneziyadan 42 ən son nəsil Rafale döyüş təyyarəsinin alınması müqaviləsi imzalanıb.

İndoneziya Baş Qərargah rəisi, general Fadjar Prasetyo dekabrın 22-də ölkəsinin Rusiyadan almağı planlaşdırdığı SU-35 döyüş təyyarələrindən imtina etdiyini və bunun əvəzinə Fransız Rafale və ya Amerikanın Boeing F15EX təyyarələrini almağı düşündüyünü açıqlayıb.

Fransa bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinə 80, Misirə 54, Qətərə 36, Yunanıstana 24 və Hindistana 36 Rafale qırıcısı satmışdı. Xorvatiya həmçinin 12 ədəd ikinci əl Rafale döyüş təyyarəsi almaq üçün müqavilə imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31