Rusiya UNESCO-nun Azərbaycana və Ermənistana ən qısa zamanda missiyasının təşkilinin tərəfdarıdır - Mariya Zaxarova

Rusiya UNESCO-nun Azərbaycana və Ermənistana mümkün qədər tez missiyasının təşkilinin tərəfdarıdır.

Olaylar.az məlumatına görə, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

"Bakı və İrəvanla müntəzəm təmaslarımız zamanı mədəni-tarixi irsin qorunması mövzusu müzakirə olunur. Biz UNESCO-nun regiona missiyasının ən qısa zamanda təşkil edilməsinin tərəfdarıyıq. Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə də işləyirik", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31