Rusiyada 1 gündə koronavirusa 183 mindən çox insan yoluxub

Rusiyada son sutka ərzində daha 183 103 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Olaylar.az bildirir ki, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 13 330 769 nəfərə çatıb.

Son sutka ərzində 669 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 337 390 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31