Sabah Belarus-Rusiya birgə təlimləri başlayacaq
9 Fevral 2022 17:01 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ilə NATO arasında gərginliyin davam etdiyi bir vaxtda sabah Belarus və Rusiyanın birgə hərbi təlimi başlayacaq.
Belarus Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 10-dan 20-dək Rusiya-Belarus hərbi qüvvələrinin təftişinin keçiriləcəyi "Müttəfiqlərin qətiyyəti 2022" birgə hərbi təlimi keçiriləcək.
Təlimdə Belarus Silahlı Qüvvələrinin bəzi hərbi hissələri, eləcə də Şərq Hərbi Dairəsindən Rusiya Silahlı Qüvvələrinin hərbi hissələri iştirak edəcək.
Rusiya hərbi təlimlər üçün Belarusa 2 S-400 hava hücumundan müdafiə raket sistemi göndərib. Təlimdə S-400-lərdən əlavə, Pantsir-S hava hücumundan müdafiə raket sistemləri və Rusiyanın 12 Su-35 döyüş təyyarəsi də iştirak edəcək.
Təlimlər Belarus ərazisində yerləşən Obuz-Lesnovskiy, Osipoviçski, Brestskiy, Qojskiy, Domanovskiy poliqonlarında və Baranoviç, Luninets, Lida, Maçulişçi hərbi aviabazalarında keçiriləcək.
2011-ci il Vyana Sənədi çərçivəsində təlimə cəlb olunan personalın sayı, silah və texnika sistemləri ilə bağlı parametrlərə görə bildiriş verilmədiyi bildirilib.