ABŞ Hərbi Hava Qüvvələri 230 milyon dollar təzminat ödəyəcək

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Texas qırğınından 5 il sonra təzminat sərəncamı verildi. ABŞ Hərbi Hava Qüvvələri cinayət törətməzdən əvvəl şübhəli Devin Patrick Kelly haqqında məlumat verməməkdə günahkar bilinib. O, həlak olanların ailələrinə 230 milyon dollar ödəməli olub.

ABŞ-ın Texas ştatında 2017-ci ildə bazar günü ayin zamanı kilsəyə silahlı hücum olub.

26 nəfərin həyatını itirdiyi, 22 nəfərin yaralandığı hadisədən 5 il sonra təzminat qərarı verildi. Federal yurisdiksiya ABŞ Hərbi Hava Qüvvələrinə 230 milyon dollar təzminat ödəməyi əmr etdi.

Qətl zamanı həyatını itirən hücumçu Devin Patrick Kelly-nin 2012-ci ildə orduda olarkən həyat yoldaşı və ögey oğluna təcavüz etdiyi üçün məhkəməyə çıxarıldığı müəyyən edilib.

Kellinin cinayət rekordunun ABŞ Hərbi Hava Qüvvələri tərəfindən federal orqanlara verilmədiyi  açıqlanıb.

Qanuna görə, cinayəti olan şəxslər silah ala bilməz.

Kellinin qeydləri ötürülmədiyi üçün onun asanlıqla silah əldə edə bildiyi və qətliamı həyata keçirdiyi müəyyən edilib.

Federal məhkəmə ABŞ Hərbi Hava Qüvvələrini 60 faiz günahkar bilib və onu qurbanların ailələrinə təzminat ödəməyi əmr edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31