“İranın əsas planı nüvə silahı əldə etməkdir”-Politoloq
9 Fevral 2022 14:49 Dünya"ABŞ və İran arasında 2015-ci il Hərətərfli Fəaliyyət planı olan nüvə sazişinə qayıtmaq üçün Vyanada 8-ci raund danışıqları keçirilir. ABŞ İranın mülki nüvə sisteminə sanksiyaların bir hissəsini ləğv edib. İranın əsas tələbi bütün sanksiyaları ləğv etməyi tələb edir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, İranın əsas planı bu danışıqlara baxmayaraq nüvə silahı əldə etməkdir. Ona görə də danışıqlar prosesini uzadaraq uranın zəngilləşdirilməsini başa çatdırmağı hədəfləyir. İran regionda İsrailin hədələrinə qarşı nüvə silahı əldə edəcək.Həmçinin Yaxın Şərqdə öz regional maraqlarını təmin etmək üçün əsas hədəf mütləq nüvə başlığı raketlərinə nail olmaqdır: "İranın nüvə silahına malik olması böhranlı vəziyyətdə belə bir silahını Hizbullah və digər dəstəklədiyi silahlı dəstlərə verə bilər. Tehran rəsmilərinin açıqlamalarına baxmayaraq, İran nüvə silahını ölkəsi üçün əsas təhlükəsizlik çətiri kimi baxır. İran ABŞ və altılıq ölkələri ilə 2015-ci il müqviləyə qayıdarsa, nüvə silahının əldə edilməsindən geri çəkilməyəcək. Bu işi gizli yolla reallaşdıracaq. Zəngin neft və qaz yataqlarına malik olan İranın nüvə enerjisindən mülki məqsədlər üçün istifadə edəcəyini qeyd etməsi, sadəcə manipulyasiyadır. İran nüvə silahını əldə etdikdən sonra yüzlərlələ nüvə başlığına malik olan ballistik raketlərə sahib olacaq. Bundan sonra, regionda ABŞ və İsrailin sıxışdırlması və onlarla prioksi müharibəni davam etdirə bilər.
ABŞ-ın İranla nüvə danışıqlarında əsas məqsədi Çin və Rusiyadan uzalqşdırmaq və öz şərtlərini diktə etməkdir. ABŞ və altılıq ölkələri arasında keçirilən bu danışıqlarda müsbət irəlləyiş olmasına baxmayaraq İran ABŞ-la regionda əməkdaşlıq etməyəcək. İranın nüvə silahını əldə etməsi Türkiyə və Azərbaycana qarşı təzyiq siyasətinə əl ata bilər. Məhz İanın əsas hədəflərindən biri budur. Amma, Türkiyənində nüvə silahı əldə etmək planı var. İrandan fərqli olaraq Türkiyə bunu rahat şəkilldə əldə edəcək. Hətta bu silahı İsraial Türkiyəyə verə bilər. Artıq İsrail və Türkiyə əlaqələrinin normallaşması prosesi gedir. Bu əməkdaşlıq regionda yeni bir siyasi nizamın formalşamasına gətirib çıxaracaq".