Polisə 440 dəfə zəng vuran müəllim həbs edilib
9 Fevral 2022 14:33 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada polis qaynar xəttinə 440 dəfə zəng edən orta məktəb müəllimi dövlət işlərinə mane olduğu üçün həbs edilib.
Yaponiyada polisin qaynar xəttinə 110 440 dəfə zəng edən şəxs dövlət vəzifəsinin icrasına mane olduğu üçün həbs edilib.
Polis mənbələrindən verilən məlumata görə, Miyaqi əyalətinin Şibata şəhərində orta məktəbdə dərs deyən 51 yaşlı Yoşinori Mito ötən ilin fevral-oktyabr ayları arasında müxtəlif vaxtlarda polis qaynar xəttinə 110 440 dəfə zəng edib.
Zəng edib telefonu bağlayan və ya cavab verildikdə susmağa üstünlük verən Mito polisin başlatdığı texniki təqibdən sonra təslim olub.
Polis çağırış xəttinin zəng tarixçəsindən şübhəlinin nömrəsinə çatan təhlükəsizlik qüvvələri, şəxsiyyətini təyin etdikləri Mitonun həbs olunduğunu açıqladı.
Sendai polis bölməsindəki ilk ifadəsində ittihamları qismən qəbul edən şübhəlinin "O qədər də zəng etməmişəm" dediyi öyrənilib.
Həmin şəxsin hərəkəti hansı məqsədlə həyata keçirdiyi hələlik bəlli olmasa da, hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.