Fantaziya etməyə çalışarkən boğularaq öldü

İngiltərədə yaşayan bir şəxs fantaziya etmək istəyərkən boynuna taxdığı plastik qandal səbəbindən boğularaq ölüb.

Olaylar.az xəbər verir ki, İngiltərənin Plimut şəhərində bir oteldə baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub. 

48 yaşlı kişi otel otağında tək olarkən fantaziya sınamağa qərar verib. Lakin işlərin düz getməməsi səbəbindən boynuna qandal vurulan şəxs boğularaq dünyasını dəyişib. 

Otel işçiləri polisə məlumat verdikdən sonra anası da polis bölməsinə çağırılıb. Oğlunun ölümü ilə bağlı danışan ana, "Onun ölməsinə çox təəccübləndim, intihar etdiyini düşünmürəm. Deyəsən, fantaziya edərkən nəsə səhv oldu, çox təəssüf edirəm" - deyib.

Baş verən xoşagəlməz hadisə ilə bağlı açıqlama verən polis müfəttişi Helen Prinq istintaqın davam etdiyini bildirərək, "Anası oğlunun həyatında hər şeyin yaxşı getdiyini və intihar üçün heç bir səbəb olmadığını söylədi. Apardığımız araşdırmalara görə də belə görünür" - deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31