Bu ölkədə 5 yaşındakı uşaqlara COVİD-19 peyvəndi vuruldu
9 Fevral 2022 12:51 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyada uşaqların peyvəndlənməsi ilə bağlı işlər davam etdirilir. 5 yaşlı uşaqlara COVID-19-a qarşı peyvənd edilib. Latın Amerikası ölkələrində COVID-19 hadisələri və virusa bağlı ölümlər günü-gündən artır.
Rio-de-Janeyro şəhərinin Barra da Tijuca rayonunda yerləşən sağlamlıq mərkəzində 5 yaşlı uşaqlara COVID-19 peyvəndi vurulub.
Braziliyada Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda 1189 ölümlə virusdan ölənlərin sayı 633 min 810-a, ümumi yoluxma sayı isə 26 milyon 776 min 620-yə yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31