Madaqaskarda qasırğa nəticəsində ölənlərin sayı 96-ya çatıb
9 Fevral 2022 11:50 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Hind okeanındakı ada ölkəsi Madaqaskarda Batsirai qasırğası nəticəsində həyatını itirənlərin sayı 96-ya yüksəlib.
İkonqo dairəsinin müavini Jean Brunelle Razafintsiandraofa sosial mediada verdiyi açıqlamada ölkənin şərqindəki Fitovinany bölgəsində yerləşən mahalın tamamilə su altında qaldığını bildirib.
Rayonda çoxlu evlər dağılıb, ölənlərin sayı 96-ya çatıb.
Həftə sonu ölkənin şərq sahillərinə çatan Batsirai qasırğası səbəbindən 70 min 355 nəfər məcburi köçkün olub.
Qasırğadan ən çox paytaxt Antananarivodan 530 kilometr aralıda yerləşən Mananjari şəhəri zərər çəkib.
Mütəxəssislər bildirirlər ki, fırtınanın sürəti sahil zolağında saatda 235 kilometrə çatıb, daxili hissələrdə isə 110 kilometrə qədər azalıb.