Avropa İttifaqı Fransa prezidenti Emmanuel Makronun Moskva səfərini alqışlayıb

Avropa İttifaqı (Aİ) Fransa prezidenti Emmanuel Makronun Moskvaya səfərini və orada irəli sürülən təşəbbüsləri alqışlayır.

Olaylar.az xəbər verir ki, bunu çərşənbə axşamı Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel ABŞ-da keçirilən və onlayn yayımlanan mətbuat konfransında bildirib.

"Bu, çox mühüm səfərdir, yaxşı haldır ki, Avropalı lider, yeri gəlmişkən Fransa hazırda Aİ Şurasına sədrlik edir, bizim baxışımızı təqdim etmək üçün Rusiyaya səfər etdi", - C. Borrel bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31