"Johnson & Johnson" şirkəti koronavirus peyvəndinin istehsalını dayandırıb
8 Fevral 2022 22:12 DünyaABŞ-ın "Johnson & Johnson" şirkəti koronavirusa qarşı vaksinin istehsalını dayandırıb.
Olaylar.az xəbər verir ki, bu barədə bu barədə " The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, 2021-ci ilin sonunda şirkət vaksinin istehsal olunduğu Hollandiyanın Leyden şəhərindəki zavodunu bağlayıb. İstehsalın dayandırılması müvəqqətidir: fasilədən sonra zavodda vaksinin istehsalı bərpa olunacaq. Şirkət Leydendə dərman istehsalına mart ayında yenidən başlamağı planlaşdırır.
Mənbənin verdiyi məlumata görə, istehsalda fasilə vaksinin tədarükünü bir neçə milyon doza azalda bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31