Ukrayna ilə Fransa arasında təqribən 1 milyard avroluq müqavilə imzalanıb

Bu gün Ukrayna ilə Fransa arasında təqribən 1 milyard avroluq müqavilə imzalanıb.

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, razılaşma Ukraynaya fransız lokomotivləri və yanğın-xilasetmə avadanlıqlarının tədarükünü nəzərdə tutur.

"Bu gün razılaşmaları yekunlaşdırdıq və ALSTOM şirkətinin 900 milyon avro dəyərində 130 lokomotivinin tədarükü üçün çox mühüm layihənin icrası istiqamətində real addımlar atdıq" - Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.
Zelenski bildirib ki, Fransanın "Desautel SAS" şirkətindən Ukraynaya 300 milyon avro dəyərində 370 ədəd yanğın-xilasetmə texnikasının tədarükü ilə bağlı müqavilə də yekunlaşıb: "Nikolayev şəhərində Dövlət Sərhəd Xidməti üçün patrul katerlərinin tikintisi layihəsi həyata keçirilir. Ukrayna və Fransa milli aviadaşıyıcı yaratmaq üçün "Airbus"la əməkdaşlığı inkişaf etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31