Vladimir Zelenski ilə Makron nələri müzakirə edib? – Yeni təhlükəsizlik mexanizmləri hazırlanır

Ukrayna prezidenti Vladimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında görüş başa çatıb.

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, iki saat çəkən görüşdə Ukrayna ilə bağlı gərginlik və sülh prosesi müzakirə edilib.
"Ukrayna və dünya üçün təhlükəsizlik çağırışları ilə bağlı Fransa prezidenti ilə baxışlarımız ümumidir. Fransa regionumuz və bütün Avropa İttifaqı üçün vacib ölkədir. Fransa hökuməti makromaliyyə üçün Ukraynaya 1,2 milyard avro ayırır. Bu, dövlətimizə dəstək baxımından güclü addımdır", - deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Makron Ukrayna üçün çox şey edir: "Sülh prosesi bugünkü danışıqlarımızın əsas məsələlərindən biri idi. Gözləyirik ki, yaxın gələcəkdə hələ 2019-cu ilin dekabrında Paris Sammiti zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq, liderlərin
növbəti danışıqları keçirilsin. Bu yolda mühüm addım siyasi məsləhətçilər səviyyəsində dialoqun intensivləşdirilməsidir. Çox uğurlu bir görüş oldu. İkinci görüşü səbirsizliklə gözləyirik. Ümid edirik ki, yanvarın 26-da Berlində keçiriləcək görüşdəki danışıqlar bizi
Normandiya sammitinə yaxınlaşdıracaq".

Öz növbəsində, Makron bildirib ki, Fransa və Almaniya Ukrayna münaqişəsinə son qoymaq üçün vasitəçilik səylərinə sadiqdirlər. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Minsk razılaşmalarını yerinə yetirməyə davam edəcək.

Makron qarşıdakı ayda tətbiq olunacaq bəzi yeni təhlükəsizlik mexanizmlərinin hazırlandığını da açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31