Bu ölkədə 5-11 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd oluna bilər
8 Fevral 2022 14:27 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Səhiyyə Nazirliyi 5-11 yaşlı uşaqlara COVID-19 vaksinin vurulmasına icazə verib.
Korona ilə Mübarizə Milli Şurasının sözçüsü Abbas Şirozhan sosial media hesabından açıqlama verərək, 5-11 yaş arası uşaqların Sinofarm və Pastocovac peyvənd edilməsi təsdiqləyib.
İranda indiyədək 9-12 yaş və yuxarı uşaqlara COVID-19 vaksinləri vurulub. Yanvarın 25-dən ölkədə 9-12 yaşlı uşaqlara COVID-19 vaksinlərinin vurulmasına başlanılıb.
Peyvənd prosesində İran Kuba ilə birgə hazırlanmış Pastocovac adlı vaksinlərdən, yerli COVIRAN Bereket peyvəndi ilə, həmçinin Sinopharm, Sputnik V və AstraZeneca şirkətlərindən istifadə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31