Ötən il Ermənistanı 44 minə yaxın vətəndaş tərk edib
8 Fevral 2022 13:30 DünyaÖtən il ölkəsini tərk edən Ermənistan vətəndaşlarının sayı 43 874 nəfər təşkil edib.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi 2021-ci ildə Ermənistanın sərhəd-keçid məntəqələrində giriş-çıxışların sərhəd qeydiyyatı haqqında məlumatında bildirilib.
Qeyd olunub ki, öncəki 3 ildə bu göstəricilər müsbət olsa da (2018-ci ildə +15 317, 2019-cu ildə +10 506, 2020-ci ildə +12 092 nəfər), 2021-ci ildə bu rəqəm mənfiyə doğru dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31