Türkiyənin 55 şəhərinə xəbərdarlıq edildi
8 Fevral 2022 12:58 DünyaTürkiyənin İstanbul da daxil olmaqla 55 şəhərinə güclü qar yağacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Meteorologiya Ümumi Müdirliyi sarı və narıncı kodlarla xəbərdarlıq edib.
İstanbul valisi Əli Yerlikaya sosial media hesabından açıqlama verərək əhaliyə xəbərdarlıq edib: "Əziz həmvətənlərim, Meteorologiya Region Müdirliyinin məlumatına görə, İstanbulda güclü külək və tufan gözlənilir. Xüsusilə məktəblərdə, nəqliyyatda və parklarda ehtiyatlı davranaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31