Çin NATO-nun genişlənməsinə qarşı çıxdı

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Aİ-dəki nümayəndəliyi NATO-nun genişlənməsinə qarşıdır və qlobal təhlükəsizliyin təmin edilməsi üçün görülən müvafiq səyləri faydasız hesab edir.

Bu barədə fevralın 8-də Çin xəbər agentliyin saytında dərc olunmuş məlumatda deyilir .

"NATO-nun genişlənməsi dünyada təhlükəsizliyin və sabitliyin təmin olunmasına kömək etməyəcək", - o vurğulayır.

Sənədə görə, alyansın bu cür cəhdləri "yalnız siyasi blokların formalaşmasına və hərbi sahədə qarşıdurmanın yaranmasına kömək edir. Biz NATO-nu Soyuq Müharibə təfəkkürü və ideologiyasından əl çəkməyə, digər ölkələrin suverenliyinə, təhlükəsizliyinə və maraqlarına, onların sivilizasiyaları, tarixi və mədəniyyətlərindəki fərqlərə hörmət göstərməyə çağırırıq"-deyə bəyanatda deyilir.

"NATO Soyuq Müharibənin məhsuludur" deyən orada "Çin tərəfi hesab edir ki, regional təhlükəsizliyi hərbi ittifaqların zorla genişləndirilməsi ilə təmin etmək olmaz". Bəyanata görə, Şimali Atlantika Alyansı "dövlətlərarası etimadı gücləndirmək, regional sülh və sabitliyi həqiqətən qorumaq üçün daha çox səy göstərməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31