Qazaxıstanda iğtişaşlar nəticəsində biznesə dəyən ziyan 232 milyon dolları ötüb

Olaylar.az xarici KİV-ə istinadən bildirir  ki   iğtişaşlar nəticəsində Qazaxıstanda kiçik və orta biznes nümayəndələrinə 100 milyarddan (232 milyon dollardan çox) çox ziyan dəyib. 

Bunu fevralın 8-də respublika prezidenti Kasım-Jomart Tokayev hökumətin geniş iclasında deyib.

"Yanvar hadisələri həyatımızı kökündən dəyişdirdi. İğtişaşlar səbəbindən bir çox qazax  zərər çəkdi. Kiçik və orta sahibkarlar itki ilə üzləşdi. Son məlumatlara görə, biznesə 100 milyard təngədən çox ziyan dəyib".

Onun sözlərinə görə, yeni hökumətin qarşısında ölkə iqtisadiyyatının sabitləşdirilməsi və inflyasiyanın azaldılması vəzifəsi durur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31