ABŞ Ukraynaya hərbi yardımın artırılması üzərində işləyir

ABŞ administrasiyası Konqreslə Ukraynaya hərbi yardımın artırılması üzərində işləyir.

Olaylar.az apa-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken məlumat verib.

"Biz Konqreslə, tərəfdaş və müttəfiqlərimizlə birgə Ukraynanın özünü müdafiə etməsinə yardım üçün köməyi hiss ediləcək qədər artırmaq üzərində işləyirik", deyə Blinken qeyd edib.

Dövlət katibi xatırladıb ki, ABŞ ötən il Ukraynaya 650 milyon dollarlıq yardım ayırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31