Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
7 Fevral 2022 18:42 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycana səfər edəcək.
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurasının rəhbəri Həsən Mandal deyib.
Türkiyə lideri Bakıda "Teknofest" aerokosmik texnika və texnologiyalar sərgisinin açılışında iştirak edəcək.
Tədbir 26-29 may tarixlərində baş tutacaq. Bundan başqa, səfər zamanı Ərdoğan Prezident İlham Əliyevlə də görüşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31