Mayonez davası: Dostunu yük maşını ilə əzərək öldürdü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir  ki, ABŞ-ın Lova ştatının Pisqa qəsəbəsində inanılmaz hadisə baş verib.

29 yaşlı Kristofer Erlbaher və 30 yaşlı Kaleb Solberq dostları ilə restoranda nahar edərkən mayonez üstündə mübahisə etməyə başlayıblar.

Erlbacher və Solberqin mayonez mübahisəsi böyüdü və nəzarətdən çıxdı.

İki dost arasında çıxan dava yerdə olanların müdaxiləsi ilə aradan qaldırılıb.

Evlərinə getmək  üçün məkanı tərk edən iki nəfər arasında dava yenidən alovlanınca təhlükələr artıb.

Kristofer Erlbaher 30 yaşlı Kaleb Solberqi pikapla əzərək öldürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31