Portuqaliyalı ulduz instagramda rekord qırdı
7 Fevral 2022 16:19 Dünya37 yaşlı ulduz Kriştiano Ronaldonun İnstaqramda izləyicilərinin sayı 400 milyona çatıb.
Olaylar.az xəbər verir ki, Ronaldo İnstaqramda 400 milyon izləyiciyə çatan ilk şəxs olub.
Futbolun ən böyük ulduzlarından biri olan Cristiano Ronaldo meydanda olduğu kimi meydandan kənarda da çalmağa davam edir. Fevralın 5-də 37 yaşını qeyd edən portuqaliyalı ulduz izləyicisini 400 milyona çatdırmaqla çətin əldə edilən rekordu qırıb.
Qeyd edək ki, siyahıda 308 milyon izləyicisi ilə ikinci yerdə qərarlaşan Kylie Cenner Ronaldodan 92 milyon geri qalıb. Ronaldonun futbol səhnəsindəki ən böyük rəqibi Lionel Messi isə 306 milyon izləyicisi ilə üçüncü yerdədir.
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31