Lukaşenko: “Allah belarusludur”
7 Fevral 2022 14:49 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Allah belarusludur.
Olaylar.az xəbər verir ki, bu barədə o rusiyalı jurnalist Vladimir Solovyova verdiyi müsahibəsində deyib.
V.Solovyovun "Yəni bu gün Allahı belaruslu hesab edirsiniz?" sualına dövlət başçısı belə cavab verib:
"Bəli, nəinki bu gün. O məni ötən əsrin 90-cı illərində bu qarmaqarışıqlığa atdı, arada da kömək edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31