Yolunu kəsdiyi sürücünün başında şüşə qırdı

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul Sultanqazidə spirtli içki aludəçisi mane olduğu sürücü və dostu tərəfindən döyülüb. Əlindəki şüşə ilə müdafiəyə çıxan şəxs zərbə ilə  sürücünün başında şüşə sındırıb.

Başından endirilən zərbəyə daha da əsəbiləşən sürücü və dostu aldıqları zərbələr nəticəsində yerə yıxılan şəxsi vurmağa davam ediblər.



Məhəllə sakinləri araya girərək davanı dayandırdıqdan sonra,  iki dost hadisə yerini tərk edib.

Vətəndaşların köməkliyi ilə yerdən qaldırılan və ayaq üstə durmaqda çətinlik çəkən şəxs bir müddət küçədə qalmağa davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31