Türkiyə genişmiqyaslı antiterror əməliyyatına başlayıb
7 Fevral 2022 13:42 DünyaTürkiyənin Daxili İşlər Nazirliyi Diyarbəkirdə 400 nəfərdən ibarət heyətlə Eren Qış-21 antiterror əməliyyatına başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi açıqlama verib.
"Ölkədə terroru tamamilə aradan qaldırmaq üçün həyata keçirilən Eren Qış əməliyyatları xalqımızın dəstəyi ilə, inam və qətiyyətlə uğurla davam edir", - deyə nazirlikdən verilən açıqlamada bildirilir.
Əməliyyat PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə sığınacaq yeri müəyyən edilən terrorçuları zərərsizləşdirmək məqsədi daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31