Qar uçqunu nəticəsində azı 20 nəfər həlak olub

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanda qar uçqunu baş verib. Nəticədə 20 nəfər ölüb. Bu barədə fevralın 7-də Əfqanıstanın Bakhtar xəbər agentliyi  yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.Hadisə Dəngəm ərazisində baş verib. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31