Miqrantlar düşərgəni məcburi şəkildə tərk etdi

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın Tixuana şəhərində ABŞ-ın sərhəd keçid məntəqəsində 381 immiqrant bir ilə yaxındır qaldıqları müvəqqəti düşərgədən zorla çıxarılıb.

Əsasən Mərkəzi Amerika və Meksikalı 381 immiqrantın qaldığı El Çaparral sərhəd keçid məntəqəsi yaxınlığındakı çadırlar səhər saatlarında ekskavatorlarla sökülüb.

Təxminən 7 aydır düşərgədə yaşayan meksikalı mühacir Guadalupe Omeca düşərgədən zorla çıxarıldıqlarını ifadə edərək, 100 polisin iştirak etdiyi dağıntıların insanlıqdan kənar olduğunu bildirib. Omeca deyib: "Bu  səhər tezdən uşaqlar yatarkən həyata keçirilib"



Tijuana Bələdiyyə Başçısı Montserrat Caballero Ramirez mediaya açıqlamasında ailələrin sağlamlıq səbəbiylə təhlükəsiz bir mühitdə yaşadıqlarını və bu səbəbdən sığınacaqlara aparıldıqlarını söyləyib.



Meksikanın Milli İnsan Haqları Komissiyası keçən il onları immiqrantların insan hüquqlarını qorumağa çağırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31