Avtobus qəzası: 8 nəfər ölüb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın cənub-şərqində Kintana Roo ştatında turistləri daşıyan avtobus aşdı. Nəticəsində 8 nəfər ölüb, 23 nəfər yaralanıb. Ölkənin turistik şəhəri Kankundan Yucatana turistləri aparan avtobus qarşı tərəfdən gələn yük maşını ilə toqquşaraq aşıb.
Yaralılara yaxınlıqdakı xəstəxanalarda tibbi yardım göstərilib.Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31