Gürcüstanda daha 11 235 nəfər koronavirusa yoluxub
7 Fevral 2022 11:07 DünyaGürcüstanda son sutkada daha 11 235 nəfərə koronavirus diaqnozu qoyulub. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.Məlumata əsasən, daha 17 130 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə vəfat edib. Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19 infeksiyasına 1 325 838 nəfər yoluxub. Onların 1 106 221-i sağalıb, 15 246-sı ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31