Pakistanın baş naziri Rusiyaya səfər edəcək

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın baş naziri İmran Xan fevralın sonunda Rusiyaya səfər etməyi planlaşdırır. 

Bu  barədə fevralın 7-də The Express Tribune nəşri məlumat yayıb.

"Pakistanın baş naziri İmran Xan fevralın 23-25-də Rusiyaya səfər edəcək", - deyə mənbələr bildiriblər. 

Məlumata görə,  İmran Xan iyirmi ildən artıq müddətdə Rusiyaya səfər edən Pakistanın ilk hökumət başçısı olacaq.

Kremlin mətbuat xidmətinin yanvarın 17-də verdiyi məlumata əsasən, İmran Xan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı dekabrda keçirilən illik mətbuat konfransında Rusiya prezidentinin bəyanatlarına Pakistan cəmiyyətində və bütövlükdə müsəlman dünyasında geniş dəstək verdiyini bildirib. 

Söhbət əsnasında  Rusiya prezidenti və Pakistanın baş naziri təmasları davam etdirmək barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31