Pekin-2022: Daha 11 nəfərdə koronavirus aşkarlanıb
7 Fevral 2022 10:37 DünyaPekin-2022 Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.Olaylar.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin rəsmi saytı məlumat yayıb. Testi pozitiv çıxan daha 11 nəfərin 7-si idmançılar və rəsmi şəxslərdir.
Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək.Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31