İsrailin Baş naziri Baydenlə Rusiya, Ukrayna və İranın nüvə proqramından danışdı
6 Fevral 2022 23:13 Dünyaİsrailin Baş naziri Naftali Bennet ABŞ Prezidenti Cozef Baydenlə telefonla Rusiya və Ukrayna arasındakı münasibətlərdəki vəziyyəti, regional çağırışları və İranın nüvə proqramını müzakirə edib.
Olaylar.az bildirir ki, bu barədə İsrail hökuməti başçısının ofisi məlumat yayıb.
"Bu axşam Baş nazir Naftali Bennettlə ABŞ prezidenti Cozef Bayden arasında danışıq olub. İki ölkə liderləri regional çağırışları, xüsusilə İranın artan təcavüzünü, həmçinin İranın nüvə proqramının qarşısını almaq üçün atılan addımları müzakirə ediblər. Onlar həmçinin, Rusiya ilə Ukrayna arasında münasibətlərdəki vəziyyəti müzakirə ediblər", - bəyanatda deyilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31